,

Gramofon-val oxuducu | retro pikap GDL | Nostolji musiqi

350

RETRO ÜSLUBDA DİZAYN

GDL Retro pikap ilə plak(Vinyl) dinləməkdən həzz alacaqsınız. Nostalji dünyasının qapılarını aralamağınız üçün keyfiyyətli materiallardan əl işçiliyi ilə sizin üçün hazırlanmışdır. Taxta kasa üzərində süni dəri örtüyü, retro üslubunu vurğulayan dəri tutacaq və pirinçdən hazırlanmış metal aksesuarlarla tam bir keçmiş dövr klassikasıdır.

BÜTÜN PLAK (Vinyl) NÖVLƏRİNİ ÇALA BİLMƏ

Musiqi mağazalarında və ikinci əl dükanlarda satılan bütün köhnə və yeni plak(vinyl) növlərini çala bilir. 33-lük, 45-lik və ya 78-lik fərqi olmadan pikapa yerləşdirin və dinləməyə başlayın. “Görəsən, pikapım bu plakı çalar?” deyə düşünmədən sevdiyiniz plakı GDL Retro ilə canlandırın. Xərcli qramofonlar axtarmağa ehtiyac olmadan, GDL Retro pikapınızda 78 dövrəlik daş plaklarınızı da dinləyə bilərsiniz. Plak dinləmək üçün əlavə heç bir avadanlığa ehtiyac olmadan istifadəyə hazırdır.

2200 mAh DAXİLİ BATAREYA

GDL Retro modeli 2200 mAh gücündə şarj oluna bilən batareya ilə təchiz olunub. Bu batareya tam dolduqda, 4 saata qədər elektriksiz mühitdə plak dinləmək imkanı təqdim edir. Bu müddət, aux kabeli ilə hoparlör kimi istifadə edildikdə 8 saata qədər arta bilir.

AUX SƏS GİRİŞİ

Bundan əlavə, pikapın arxasında yerləşən Line-in girişinə (səs girişi) hər iki ucu 3.5 mm olan səs kabeli vasitəsilə mobil telefonunuzu, planşetinizi, mp3 player və ya kompüterinizin qulaqcıq çıxışına bağlaya bilərsiniz. Bu cihazlardakı qeydlərinizi və onlayn olaraq minlərlə plaq qeydlərini pikapınızda dinləyə bilərsiniz.

RCA SƏS ÇIXIŞI – QULAQCIQ GİRİŞİ

GDL Retro pikap, üzərindəki 2 vatt gücündə olan 2 stereo hoparlörü ilə plaqalarınızı əlavə hoparlörə ehtiyac olmadan dinləmək imkanı yaradır. RCA (analog) səs çıxış yuvaları ilə istədiyiniz zaman xarici səs sistemlərinə qoşula bilir. Üzərindəki 3.5 mm Line-out (səs çıxış) yuvası vasitəsilə istəsəniz portativ hoparlörünüzə, istəsəniz də qulaqcığınıza qoşularaq musiqi dinləməkdən həzz ala bilərsiniz.

ASAN QURAŞDIRMA

GDL Retro pikap heç bir quraşdırma tələb etmir. Qutudan çıxan adapteri birbaşa elektrik prizinə taxaraq istifadə etməyə başlaya bilərsiniz.

Xüsusiyyətlər

GDL Retro Çanta Nostalji Pikap T317B

33-45-78 RPM sürət seçimləri (Avtomatik və əl ilə)

Avtomatik və əl ilə dayandırıla bilən dönmə masası

Üniversal İynə

Bluetooth vasitəsilə qoşulma imkanı

Bütün Plakları, o cümlədən Daş Plakları Çala bilir

Aux girişi və Line Out xarici çıxış

Şarjlı – 3-4 saat arasında və ya birbaşa elektrikə qoşaraq işlədə bilərsiniz

Güc Mənbəyi: 230/50 Hz

Şərhlər

Hələ heç bir rəy yoxdur.

“Gramofon-val oxuducu | retro pikap GDL | Nostolji musiqi” haqqında rəy yazan ilk siz olun.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Shopping Cart